Ledeki sərbəst stil üzrə 200 m. və 1500 m. yarışlarında iştirakdan imtina edib

Ledeki sərbəst stil üzrə 200 m. və 1500 m. yarışlarında iştirakdan imtina edib

5 qat Olimpiya və 14 qat dünya çempionu Keyti Ledeki Kvandjuda keçirilən dünya çempionatında sərbəst stil üzrə 200 m. məsafəyə təsnifat, 1500 m. məsafəyə isə final yarışında iştirak etməyəcək.

Ledeki səhhətində yaranan problem səbəbindən belə bir qərar qəbul edib. ABŞ yığmasının rəsmilərinin sözlərinə görə, amerikalı üzgüçü çempionatın startından bəri özünü yaxşı hiss etmir.

Bazar ertəsi Ledeki sərbəst stil üzrə 1500 m. məsafəyə təsnifat yarışında birinci olmuşdu. Daha əvvəl isə o, Kvandjuda sərbəst stil üzrə 400 m. məsafə yarışında Ariarne Titmusdan geri qalaraq ikinciliklə kifayətlənmişdi. Qeyd edək ki, bu, Ledekinin beynəlxalq arenada 400 m.-də qızıl medal qazana bilmədiyi ilk hal idi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR