Lekler, Qasli və Bartez Byankiyə görə meydana çıxacaqlar (FOTO)

Lekler, Qasli və Bartez Byankiyə görə meydana çıxacaqlar (FOTO)

"Formula 1" pilotları Şarl Lekler və Pyer Qasli, həmçinin sabiq sürücü Olivye Panis Jül Byankinin xatirəsinə keçiriləcək xeyriyyə məqsədli futbol matçında iştirak edəcəklər.

Sözügedən oyunda futbol üzrə Fransa millisinin sabiq qolkiperi Fabyen Bartezin də iştirakı gözlənilir. Qarşılaşma iyunun 19-da baş tutacaq.

J. Byanki "Ferrari" sisteminə məxsus pilotlardan idi. O, "Formula 1"-də "Marusya" komandasını təmsil etmişdi. Byanki 2014-cü ildə Yaponiya Qran-prisində qəzaya düşmüş və zədələr nəticəsində 2015-ci ildə dünyasını dəyişmişdi.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR