Lempard rəsmən

Lempard rəsmən "Çelsi"də (FOTO)

Frenk Lempard "Çelsi"yə baş məşqçi təyin olunub.

London klubu Lempardla 3 illik müqavilə imzalayıb. O, yeni postunda Mauritsio Sarrini əvəz edəcək.

Lempard 2018-ci ilin yayından etibarən "Derbi"ni çalışdırırdı. "Kaunti" 41 yaşlı mütəxəssisin rəhbərliyi altında Çempionşipi 6-cı sırada tamamlamış, Premyer Liqaya vəsiqə uğrunda oynanılan pley-offun finalında isə "Aston Villa"ya məğlub olmuşdu.

Lempard 2001-2014-cü illər aralığında "Çelsi"nin formasını geyib.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR