Lənkəranlılar yenə dava saldı, baş məşqçi 10 oyunluq cəzalandı

Lənkəranlılar yenə dava saldı, baş məşqçi 10 oyunluq cəzalandı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasın aşağı yaş qruplarından ibarət oğlan və qız  komandalarının liqalarına aid olan hissəsində aşağıdakı qərarlar qəbul edilib. 
 
5 noyabr 2019-cu il, Gənclər Liqasının "Neftçi” – "Sabah” matçının 78-ci dəqiqəsində "Neftçi” klubunun 33 №-li futbolçusu Turan Vəlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

10 noyabr 2019-cu il, Gənclər Liqasının "Keşlə” – "Qəbələ” matçının 90+4-cü dəqiqəsində "Qəbələ” klubunun 9 №-li futbolçusu Əli Mürsəlov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
 
8 noyabr 2019-cu il, Bakcell U-17 Liqasının "İsgəndər Cavadov BFA” – "Xəzər Lənkəran” matçının 42-ci dəqiqəsində "İsgəndər Cavadov BFA” klubunun 12 №-li futbolçusu Zöhrab Quluşev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
10 noyabr 2019-cu il, Bakcell U-17 Liqasının "Kəpəz” – "Sabah” matçının 78-ci dəqiqəsində "Kəpəz” klubunun 2 №-li futbolçusu Elmir Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
10 noyabr 2019-cu il, Bakcell U-17 Liqasının "Neftçi” – "Tufan” matçı başa çatdıqdan sonra "Tufan” klubunun 11 №-li futbolçusu Rəvan Quluzadə hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
Oyun başa çatdıqdan sonra "Tufan” klubunun inzibatçısı İsgəndər Paşalı hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
 
7 noyabr 2019-cu il, U-16 Liqasının "Səbail” – "Keşlə” matçının 18-ci dəqiqəsində "Səbail” klubunun 2 №-li futbolçusu Asim Quliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.2).
Oyunun 18-ci dəqiqəsində "Keşlə” klubunun 11 №-li futbolçusu Kamran Məlikov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
10 noyabr 2019-cu il, U-14 Liqasının "Zirvə” – "Quba” OİK matçının 58-ci dəqiqəsində "Quba” klubunun 10 №-li futbolçusu Amid Eldarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
10 noyabr 2019-cu il, U-14 Liqasının, "Xəzər Lənkəran” – "Masallı” matçının 50-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun 5 №-li futbolçusu Rafael Eyvazov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 2 oyun cəzalanır (maddə 41.3).
Oyunun 55-ci dəqiqəsində "Masallı” klubunun 5 №-li futbolçusu Soltan Salmanov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
Oyunun 55-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun 10 №-li futbolçusu Elmar Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
Oyunun 55-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun baş məşqçisi İqbal Babayev meydançaya daxil olaraq hakimə qarşı təhqiredici ifadələr işlətməsi və fiziki təzyiq göstərdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanır (maddə 37.8), (maddə 37.10).
Oyunun 56-cı dəqiqəsində "Masallı” klubunun baş məşqçisi Sehran Babayev meydançaya daxil olaraq rəqib məşqçini təhqir etdiyinə görə 2 oun cəzalanır(maddə 41.3).
 
20 oktyabr 2019-cu il, Coca-Cola U-13 Liqasının "Kəpəz” – "Azəri TİM” matçının 15-ci dəqiqəsində "Kəpəz” klubunun rəsmi nümayəndəsi Məhəmməd Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanır (maddə 37.8).
 
9 noyabr 2019-cuil, Coca-Cola U-13 Liqasının UGİM (Naftalan) – UGİM (Göranboy) matçında UGİM (Naftalan) komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
9 noyabr 2019-cu il, U-12 Liqasının, "Dortmund” (Bakı) – "Uğur” (Sumqayıt) oyundan sonra "Dortmund” klubunun baş məşqçisi Emil İbrahimov rəqib
futbolçuya qarşı təhqiredici ifadələr işlətdiyinə görə 2 oyun cəzalanır (maddə 41.1).
 
9 noyabr 2019-cu il, U-12 Liqasının, "UGİM Gənclərbirliyi” – "TİM Uğur” matçının 45-ci dəqiqəsində "UGİM Gənclərbirliyi” klubunun 7 №-li futbolçusu Qurban Məmmədov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
Oyunun 45-ci dəqiqəsində "TİM Uğur” klubunun 11 №-li futbolçusu Həsən Purxatəzimov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
 
9 noyabr 2019-cuil, U-12 Liqasının, "Qədirli” (Tovuz) – "Qala” (Şəmkir) matçında "Qala” komandası yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
2 noyabr 2019-cuil, U-12 Liqasının "Bahar Gİİ” (Beylaqan) – "Füzuli” matçında "Bahar Gİİ” komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
2 noyabr 2019-cuil, U-11 Liqasının, "UGİM Top Qapı” (Bərdə) – UGİM (Naftalan) matçında UGİM (Naftalan) komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
9 noyabr 2019-cu il, U-13 Qızlar Liqasının "Dinamo” (Balakən) – "Lokomativ” (Balakən) matçında "Dinamo” komandasının heyətində sənədi olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR