"Lester"dən Mahrezlə bağlı açıqlama gəldi - FOTO

Riyad Mahrezin rəsmi "feysbuk" vasitəsilə karyerasını bitirdiyini açıqlanması futbol dünyasında bomba effekti yaratdı.
 
Sport7.az xəbər verir ki, futbolçunun klubu "Lester"də məsələ ilə bağlı açıqlama gəlib. 
 
Futbolçunun karyerasını bitirdiyini açıqlaması onun "feysbuk" profilinin ələ keçirilməsinə dair ehtimalları artırmışdı. Ancaq "Daily Mirror"da yer alan xəbərə görə "Lester" dərhal açıqlama verərək 27 yaşlı futbolçunun sosial şəbəkədəki profilinin oğurlandığını təsdiqləyib.
 
Bununla yanaşı ingilis klubu "tvitter" səhifəsinin profil qapağına Mahrezin fotosunu yerləşdirməklə azarkeşlərin "ürəyinə su səpib". 
 
 

Sport7.az

Xəbər lenti