"Lester"in "ulduzu" "Fənərbaxça"da

"Fənərbaxça"lıların uzun müddətdi gözlədiyi xoş xəbər İngiltərədən gəldi.
 
Sport7.az xəbər verir ki, İstanbul təmsilçisi İslam Slimanini 1 illik icarəyə götürməklə bağlı "Lester"lə razılığa gəlib. 
 
İngiltərə mətbuatının yazdığına görə Əlcəzairli futbolçunun illik 4,25 milyon avroluq maaşını "Fənərbaxça" ödəyəcək. Müqavilədə futbolçunun tam transferi ilə bağlı bənd yoxdu. 
 
"Sarı-Lacəvirt"lilərin ingilis klubuna nə qədər məbləğ ödəyəcəyi ilə bağlı hələ açıqlama verilməyib.
 
Sport7.az

Xəbər lenti