Levandovski və komanda yoldaşları da virusla mübarizəyə qoşuldu

Levandovski və komanda yoldaşları da virusla mübarizəyə qoşuldu

Bundesliqa təmsilçisi "Bavariya"nın polşalı futbolçusu Robert Levandovski yeni növ COVİD-19-la mübarizəyə 1 milyon avro bağışlayıb. 
 
Sport7.az xəbər verir ki, həyat yoldaşı ilə birlikdə yardım edən Levandovski mətbuata açıqlamasında "Yaşçanan ciddi və məsuliyyətli durumun fərqindəyik. Artıq hamımız eyni komandada oynayırıq, bu mübarizədə güclü olmalıyıq. Mübarizəyə qoşulmaq istəyən hər kəsdən yardım gözləyirik" sözlərini işlədib.
 
Levandovskinin komanda yoldaşları Leon Qoretzka və Cosua Kimmix də "Coronaya təpik vururuq" (We kick corona) adlı fonda ümumilikdə 1 milyon avro bağışlayıb. 
 
Bu fonda "Mançester Siti"də forma geyən Leroy Sane də pul bağışlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR