Levandovski Çempionlar Liqasında ən yaxşı oldu

Levandovski Çempionlar Liqasında ən yaxşı oldu

UEFA Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb.

Sport7.az verir ki, bu ada Almaniyanın "Bavariya” klubunun hücumçusu Robert Levandovski layiq görülüb. O, azarkeşlərin səsverməsinə əsasən, "Mançester Siti”nin müdafiəçisi Kayl Uolker, "Yuventus”un hücumçusu Kristiano Ronaldo və "Barselona”nın (İspaniya) forvardı Lionel Messini qabaqlayıb.

32 yaşlı polşalı hücumçu İngiltərədə "Çelsi”ni 4:1 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin cavab matçında 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

1/4 finalda "Atalanta” (İtaliya) – "Paris Sen-Jemen” (Fransa), "Leyptsiq” (Almaniya) – "Atletiko Madrid” (İspaniya), "Barselona” (İspaniya) – "Bavariya” (Almaniya) və "Mançester Siti” (İngiltərə) – "Lion” (Fransa) görüşləri keçiriləcək.

UEFA Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən "8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR