Levandovski universitet məzunu oldu - FOTO

Levandovski universitet məzunu oldu - FOTO
Robert Levandovski üçün 8 oktyabr 2017-ci il unudulmazlar sırasında yer aldı. 

Sport7.az xəbər verir ki, Polşanın Monteneqronu yenərək DÇ-2018-in final mərhələsinə qrup lideri kimi vəsiqə qazandığı oyunda rəqib qapısını silkələyən Levandovski seçmə mərhələlərdə vurduğu qolların sayını 16-ya yüksəldərək yeni rekorda imza atdı. 

Amma karyerasının ən parlaq anlarından biri olan 8 oktyabr axşamında Polşanın final mərhələsinə qələbə qazanması münasibətilə təşkil olunan tədbirə qatılmayıb. Çünki ertəsi gün imtahan verməli idi...

Universiteti bitirmək üçün son dəfə dərslərini təkrarlayan futbolçu, oktyabrın 9-da Varşa İdman Təhsili məktəbində imtahan verərərə karyerası üzündən 10 il sürən universitet təhsilini nəhayət bitirərək məzun adını qazanıb. 

Levandovski Polşa yığmasının və "Bavariya"nın universitet məzunu olmuş futbolçusudu. Karyerasını bitirdikdən sonra məşçiliyə başlaya biləcək.
 

Sport7.az

Xəbər lenti