Levandovskidən yeni rekord

Levandovskidən yeni rekord

Almaniya Bundesliqasının 11-ci turunda "Bavariya”nın "Borussiya”nı (Dortmund) 4:0 hesabıyla məğlub etdiyi oyun Robert Levandovski üçün əlamətdar olub.
 
Sport7.az xəbər verir ki, polşalı futbolçu bu oyunda yeni rekord müəyyənləşdirib. 
 
O, dubla imza atmaqla Bundesliqada ardıcıl 11 oyunda qol vuran ilk futbolçu olub. Bundan əvvəl "Köln”ün keçmiş futbolçusu Klaus Allofs və "Borussiya”nın sabiq forvardı Pyer-Emerik Obameyanq ardıcıl 10 oyunda qol vurmağı bacarmışdı. 
 
Sözügedən futbolçular bunu iki mövsümdə etmişdilərsə, Levandovski bir mövsümdə ardıcıl 11 oyunda qol vurmağı bacararaq, rekord müəllifi olub.
 
Polşalı forvard "Bavariya” - "Borussiya” duellərində vurduğu qolların sayını 17-yə çatdırıb. O, bu iki klub arasındakı görüşlərdə ən çox qol vuran futbolçuya çevrilib. "Bavariya”ya məhz "Borussiya”dan transfer olunan Robert, sabiq klubuna qarşı son 6 oyunun hər birində qol vurub. O, bu göstəriciyə imza atmağı bacaran ilk futbolçu olub.
 
Cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla, 18 oyunda iştirak edən 31 yaşlı futbolçu, 23 qolla yadda qalıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR