"Leykers" Demarkus Kazınsın müqaviləsini ləğv edə bilər

"Leykers" Demarkus Kazınsın müqaviləsini ləğv etmək fikrinə düşüb.

Bu barədə "Bleacher Report" məlumat yayıb. Kazıns bir müddət əvvəl Las-Veqasda məşq zamanı çarpaz bağlarından zədə almışdı.

"Leykers"in ilkin planı 29 yaşlı basketbolçunu dekabra kimi heyətdə saxlamaq və yalnız bundan sonra treyd variantına əl atmaqdan ibarətdi. Lakin mənbənin iddiasına görə, Los-Anceles təmsilçisinin komandanı çempionluq yolunda gücləndirəcək biri ilə anlaşmaq imkanı yaranacağı təqdirdə, Kazınsın müqaviləsi ləğv edilə bilər.

Qeyd edək ki, mərkəz oyunçusu bu yay "Leykers"lə 3,5 milyon dollar dəyərində olan 1 illik sazişin şərtlərini razılaşdırmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR