"Leykers" Deyvisə görə İnqrem və Bolldan imtina etməyə hazırdı

"Seltiks" və "Leykers" Entoni Deyvisin treydi ilə bağlı "Pelikans"la danışıqlar aparır.

Bu barədə ESPN məlumat yayıb. "Leykers"in ulduz basketbolçu qarşılığında Lonzo Boll, Brendon İnqrem və 2019-cü il NBA draftının 4-cü seçim haqqını "Nyu-Orlean"a təklif etməyə hazır olduğu bildirilir.

Los-Anceles klubu Kayl Kuzmanı heyətində saxlamaq niyyətindədi.

Daha əvvəl Deyvisin agenti Riç Pol oyunçusunun yeni klubunun kimliyindən asılı olmayaraq, 2020-ci ildə yenidən azad agent olacağını bildirmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR