"Leykers" Yannis Adetokumbonun qardaşını heyətinə qatıb

"Leykers" Kostas Adetokumbonu heyətinə cəlb edib.

Bu barədə "The Athletic"-in insayderi Şems Çaraniya məlumat yayıb. "Dallas" ötən mövsüm cəmi 11 dəqiqə meydanda olan Kostasla üç gün əvvəl yollarını ayırmışdı. Yannisin balaca qardaşının adı "Toronto" ilə də birlikdə hallanırdı.

Bəzi mənbələrin iddiasına görə, Kostasın "Leykers"ə keçidi 2021-ci ildə azad agent olacaq Yannis Adetokumbonun da Los-Anceles klubuna üstünlük verməsinə səbəb ola bilər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR