"Leykers" yeni baş məşqçisini açıqladı (FOTO)

"Leykers" yeni baş məşqçisinin adını açıqlayıb.

Komandanı Frenk Voqel çalışdıracaq. Bu barədə klubun saytı məlumat yayıb.

Voqellə 3 illik müqavillə imzalandığı bildirilir. ESPN-in xəbərinə görə, 45 yaşlı mütəxəssisin məşqçilər heyətində "Bruklin" və "Miluoki"nin sabiq çalışdırıcısı Ceyson Kidd də olacaq.

Daha əvvəl Voqel "İndiana"nın başında ikən komanda iki dəfə Şərq konfransının finalına yüksəlmişdi. Onun son iş yeri "Orlando" olub.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR