"Lids"in yeni transferi açıqlandı

Yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək "Lids” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Sport7.az xəbər verir ki, klub "Mançester Siti”dən Cek Harrisonu bir illik icarəyə götürüb. Bu barədə "Lids”in rəsmi saytı məlumat yayıb. 
 
Harrison 2018-ci ildə "Mançester Siti”yə transfer olunsa da, bu komandada rəsmi oyun keçirməyib. 23 yaşlı forvard son iki mövsümdə "Midlsbro” və "Lids”də icarədə olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR