Lillard:

Lillard: "Karmelo Entoni "Portlend"də oynamaq niyyətində deyil"

"Portlend"in point-qardı Demian Lillard əvvəllər Karmelo Entonini komandaya dəvət etdiyini, lakin ulduz forvardın təklifləri geri çevirdiyini bildirib:

"İki il əvvəl Melonu komandaya dəvət etdim, onda "Oklahoma Siti"də oynamağa üstünlük verdi. Ötən il bir də onu "Portlend"ə çağırdım, bu səfər isə "Hyuston"u seçdi. Melo "Portlend"də oynamaq niyyətində deyil".
 
Qeyd edək ki, hazırda Karmelo Entoni klubsuzdu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR