"Linfild" rəhbərinin "Qarabağ"ı keçmək arzusu

"Linfild"in rəhbəri Roy MakQivern Avroliqanın "pley-off" mərhələsində "Qarabağ"la keçirəcəkləri oyunöncəsi fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, futbol funksioneri yerli mətbuata açıqlamasında bunları söyləyib: "Futbolda hər zaman arzularla yaşamaq lazımdır. İstənilən nəticə ola bilər. Amma biz həmçinin gerçəkçi insanlarıq. Başa düşürük ki, rəqibimiz "Qarabağ" çox yaxşı komandadır. Onlar bu yay "Dundalk"a da qalib gəliblər. Buna görə də onlar bizə qalib gələ bilərlər. Amma əgər biz evdə yaxşı nəticəyə nail olsaq, bu, bizdə əlavə inam yaradacaq. Qrupa düşsək, komandamız üçün inanılmaz nəticə olacaq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR