"Lion"un futbolçusu İspaniya La Liqasında

"Lion”un hücumçusu Mussa Dembelenin karyerasını İspaniyada davam etdirəcəyi dəqiqləşib.

Sport7.az xəbər verir ki, 25 yaşlı forvard "Atletiko”ya keçib.

Fransalı oyunçu artıq Madrid təmsilçisində tibbi müayinədən keçib. Transfer sənədlərinə də qol çəkilib. İndi yalnız məsələnin rəsmiləşməsi. "Atletiko” mövsümün sonuna qədər icarəyə götürdüyü Dembeleni yayda 33,5 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

Dembele "Lion”a 2018-ci ildə "Seltik”dən transfer olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR