"Lion"un oyununda yenə iğtişaş baş verdi

Fransa çempionatında "Bastiya" - "Lion" oyunu azarkeşlər arasında yaşanan dava-dalaşa görə yarımçıq qalıb.

Sport7.az xəbər verir ki, "Bastiya" azarkeşləri oyun başlamazdan əvvəl meydana girərək "Lion"un futbolçularına hücum etmək istəyiblər. Bu barədə Fransa Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanın start fiti 50 dəqiqə gecikib. İlk yarının sonlarında isə meydana girən azarkeşlə "Lion"un qapıçısı Antoni Lopeş arasında dava olub. Bu zaman görüşün stüardlarından biri qonaq komandanın müdafiəçisi Muktar Dyakabiyə zərbə endirməyə çalışıb. Nəticədə qərara alınıb ki, matç davam etdirilə bilməz. Oyunun keçiriləcəyi yeni tarix yaxın müddətdə açıqlanacaq.

Xatırladaq ki, bu haisə "Lion"un adının hallandığı ilk insident deyil. Aprelin 13-də Avropa Liqasında Türkiyə "Beşiktaş"ı ilə ilk 1/4 final matçından əvvəl "şirlər"in mindən çox azarkeşi meydana daxil olub. Nəticədə görüş 50 dəqiqə ləngiyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR