Lippert tapıldı – Gözümüz aydın

Lippert tapıldı – Gözümüz aydın
Bernard Lippert AFFA-nın sevimli kadrı olaraq qalmaqdadı.

Sport7.az xəbər verir ki, ölkəmizə həmyerlisi Berti Foqtsa eyni vaxtda qədəm basan almaniyalı artıq 10 ildən çoxdu ki, Bakının havasını ciyərlərinə doldurur.

Bu müddət ərzində müxtəlif yaş qrupları üzrə milliləri çalışdıran Lippertin əməkhaqqısı rəsmən açıqlanmasa da, hazırda bu rəqəmin 30 min manat civarında olduğu dəfələrlə yazılıb. Almaniyalı mütəxəssisin hazırda konkret nə işlə məşğul olması, Azərbaycan futbolu üçün nə etməsi hamıya qaranlıqdı.

Qurban Qurbanovun milliyə baş məşqçi təyin olunmasından sonra Lippertin ölkəsinə göndəriləcəyi, ona verilən maaşın daha faydalı işlərə sərf ediləcəyi gözlənilirdi. Hələlik bu gözlənti özünü doğrultmayıb. Lippert AFFA-dakı rahat kabinetində əyləşir, daha sonra isə ona ayrılmış "beulduzlu” otel otağında istirahət edir. Onun tez-tez lüks əyləncəli məkanlarda görüldüyü də deyilir.

Çoxdandı ki, ictimaiyyət arasında görünməyən Lippert dünən Sumqayıtda peyda olub. U-19 liqasının qalibi olan "Qəbələ”nin mükafatlandırılma mərasimində AFFA-nın almaniyalı kadrı Qurban Qurbanov, Vaqif Sadıqov və İsgəndər Cavadovla birlikdə iştirak edib.

Hamımızın gözü aydın olsun!

Sport7.az

Xəbər lenti