Lisenziya turnirinin vaxtı müəyyənləşdi

Lisenziya turnirinin vaxtı müəyyənləşdi

Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin tarixi dəqiqləşib.

Sport7.az xəbər verir ki, yarış iyunun 4-18-də keçiriləcək. Turnirin harada baş tutacağı isə hələ dəqiqləşməyib. Bu məsələyə martın 1-dək aydınlıq gələcək. Yarışın Skandinaviya və ya Baltikyanı ölkələrdən birində təşkil olunacağı gözlənilir. Turnir bir il əvvəl Londonda dayandırıldığı yerdən davam etdiriləcək.

Dünya Olimpiya Təsnifat Turniri isə ləğv edilib. Bu yarışdan Tokio-2020 Yay Olimpiya Oyunlarına qazanılacaq lisenziyaların sahibləri reytinqə əsasən müəyyənləşəcək. Bu bölgünün necə və hansı meyarlarla aparılacağı yaxın gələcəkdə açıqlanacaq.

2020-ci il martın 14-də Böyük Britaniyanın paytaxtından başlayan Avropa Olimpiya Təsnifat Turniri üç gündən sonra koronavirus pandemiyası səbəbindən dayandırılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR