"Liverpul" 22 oyunda 64 xal toplayaraq rekord qırdı

"Liverpul" "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edib.

Yürqen Kloppun yetirmələri 22 oyundan sonra Premyer Liqadakı xallarının sayını 64-ə çatdırıblar. Bu, Avropanın top-5 liqalarında qeydə alınmış ən yüksək göstəricidi.

Əvvəlki rekord "Mançester Siti" (2017-18) və "Bavariya"ya (2013-14) məxsus idi. Hər iki komanda 22 oyuna 62 xal toplamışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR