"Liverpul" 98 ildən sonra ilk dəfə

İngiltərə Premyer Liqasının 25-ci turunda "Liverpul”un derbidə əzəli rəqibi "Everton”a məğlubiyyəti (0:2) cari mövsüm sayca dördüncü olub.
 
Sport7.az xəbər verir ki, bundan əvvəl Yurgen Kloppun yetirmələri "Bernli”, "Brayton” və "Mançester Siti”yə məğlub olmuşdular. Bununla da ötən 98 ildə "Liverpul” ilk dəfə ev oyunlarında ardıcıl olaraq 4 dəfə məğlub olub. Sonuncu dəfə belə bir göstərici 1923-cü ildə qeydə alınıb.
 
"Anfild” stadionunda iki ay ərzində 6 oyundur ki, qələbə qazana biməyən komanda sonuncu dəfə evdə "Tottenham”ı məğlub edib (2:1).
 
Sport7.az

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR