"Liverpul" bu şərtlərə "hə" dedi

"Liverpul” Almaniya çempionu "Bavariya”nın futbolçusu Tyaqo Alkantaranı transfer etməyə çox yaxındır.

Sport7.az xəbər verir ki, klub rəhbərləri arasında aparılan danışıqlar müsbət yekunlaşıb.

Bundesliqa təmsilçisinin 30 milyon avroluq təzminat tələbini ödəməyə razılıq verən "qırmızılar” yaxın günlərdə bu transferi rəsmiləşdirəcək. İspaniyanın "Barselona” klubunun yetirməsi özü də "Liverpul”a keçmək üçün "Bavariya” ilə yeni müqavilə imzalamaqdan imtina edib.

Alkantaranın münhenlilərlə sözləşməsi 2021-ci ilin yayına qədərdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR