"Liverpul" Ceydon Sanço uğrunda mübarizəyə qoşuldu

Dortmund "Borussiya"sının vinqeri Ceydon Sanço yayda komandadan ayrılmaq istəyir. Bu barədə "Daily Mail" məlumat yayıb.

"Liverpul"un Sanço ilə yaxından maraqlandığı bildirilir. "Mersisaydlılar"la yanaşı, "Real", "Mançester Yunayted" və PSJ də 19 yaşlı futbolçunu heyətlərində görmək istəyir.

"Borussiya" Sançonun transferini 100 milyon avro dəyərində qiymətləndirir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR