"Liverpul" darmadağın oldu, "Olimpiyakos" qələbə qazandı

Çempionlar Liqasında III turun oyunlarına yekun vurulub.
Sport7.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma keçirilib.
A qrupunda "Land of Fire Azerbaijan" forması ilə Madridin "Atletiko” klubu öz meydanında "Malmö”nü qəbul edib və 5:0 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda "Yuventus” səfərdə "Olimpiakos”la qarşılaşıb və minimal hesabla məğlub olub - 0:1.
B qrupunda Madrid "Real”ı səfərdə "Liverpul”un qonağı olub və böyükhesablı qələbəyə sevinib - 3:0. Qrupun digər matçında "Ludoqorotes” "Bazel”lə 1:0 hesabı ilə qalib gəlib.  
C qrupunda "Monako” evdə "Benfika” ilə 0:0 bərabərə qalıb. "Bayer” (Leverkuzen) isə doğma meydanda "Zenit”i 2:0 hesabı ilə məğlub edib. 
Azərbaycanlı azarkeşlərində maraqla gözlədiyi oyun D qrupunda keçirilib. Türkiyənin "Qalatasaray” klubu doğma meydanda Dortmund "Borussiya”sına 0:4 hesabı ilə uduzub. Qrupun digəroyununda "Arsenal”a "Anderlext”ə qonaq olub və son dəqiqələrdə vurduğu iki qolla görüşdən qalib ayrılıb - 2:1

Sport7.Az

Xəbər lenti