"Liverpul" Çempionlar Liqasına vəsiqəni təmin edən ilk klub oldu

İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində keçirilən oyunda "Mançester Yunayted" səfərdə "Çelsi"ni 2:0 hesabı ilə məğlub edib.

Bu nəticə sayəsində "Liverpul"un Premyer Liqanı "ilk dördlük"də bitirəcəyi dəqiqləşib. Beləliklə, "mersisaydlılar" 2020-21 mövsümündə Çempionlar Liqasında iştirakını təmin edən ilk Avropa klubu olub.

Hazırda 4-cü "Çelsi"nin 41, 5-ci "Tottenhem"in isə 40 xalı var. "Liverpul" 76 xalla liderdi. Çempionatın bitməsinə 12 tur qalıb. "Çelsi" və "Tottenhem" maksimum 36 xal toplaya bilərlər. Növbəti turda onlar bir-biriləri ilə qarşılaşacaqlar. "Çelsi" qələbə qazansa, "Spörs" mövsümün sonunda maksimum 73 xal toplaya biləcək. "Tottenhem" qalib gələcəyi təqdirdə, "Çelsi"nin yekunda ən yüksək göstəricisi 74 xal ola bilər. Bərabərlik halında da sözügedən komandalar nəzəri olaraq "Liverpul"a çatmaq şanslarını itirəcəklər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR