"Liverpul" itki ilə üzəşdi

"Liverpul" itki ilə üzləşib.
 
Sport7.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Co Qomez 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. İngiltərə klubundan verilən məlumata görə sol ayağında qırıq aşkarlanan 21 yaşlı futbolçunun 1,5 ay komanda ilə birgə çalışmayacaq. 
 
"Liverpul"un "Börnli"ni 3:1 hesabı ilə məğlub etdiyi oyunda Qomez Ben Mi ilə mübarizədə zədələnərək 23-cü dəqiqədə Trent Aleksandr-Arnoldla əvəzlənmişdi. 
 
2015-ci ildə "Çarlton"dan "Liverpul"a transfer olan gənc futbolçu bu mövsüm bütün turnirlərdə ümumilikdə 18 oyunda meydana çıxıb.
 
Sport7.az

Xəbər lenti