“Liverpul” “Qalatasaray”ın tək rəqibi oldu

“Liverpul” “Qalatasaray”ın tək rəqibi oldu
Fatih Terimin çalışdırdığı "Qalatasaray” əldə etdiyi nəticələrlə bütün dünyaya meydan oxuyur.

Sport7.az xəbər verir ki, "sarı-qırmızlar” doğma meydanda naməğlub seriyasına görə təkcə "Liverpul”dan geri qalır.

"Trabzonspor”u 3:1 hesabıyla məğlub edən "Qalatasaray” doğma meydanda 30 oyundu ki, uduzmur. Bu göstəriciyə görə İstanbul təmsilçisi "böyük beşlik” çempionatlarında çıxış edən böyük klubları geridə qoyub. Super Liqada doğma meydanda sonuncu dəfə 2017-ci ilin may ayının 6-da uduzan "Qalatasaray”ın seriyası 646 günə çatıb.

"Liverpul” öz meydanında son 34 oyunda uduzmayıb.

Sport7.az

Xəbər lenti