"Liverpul" tarixinin rekordu: Məğlubiyyətsiz oyunlar seriyası 32 matça çatdı

"Liverpul" Premyer Liqanın 15-ci turu çərçivəsində oynanılan görüşdə "Everton"u 5:2 hesabı ilə məğlub edib.

"Liverpul"un çempionatdakı məğlubiyyətsiz oyunlar seriyası 32 matça (27 qələbə, 5 bərabərlik) çatıb. Bu, klub tarixinin rekordudu.

Mersisayd təmsilçisi 1987-1988-ci illər aralığında çempionatın ardıcıl 31 oyununda uduzmamışdı.

Qeyd edək ki, Yürqen Kloppun yetirmələri Premyer Liqada sonuncu dəfə 2019-cu ilin 3 yanvarında "Mançester Siti"yə məğlub olublar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR