"Liverpul" taxtını geri aldı

İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, ardıcıl iki oyunda xal itirən "Liverpul” tilsimi qırmağı bacarıb. Yurgen Kloppun çalışdırdığı komanda doğma meydanda "Bornmut”u 3:0 hesabıyla məğlub edib.

Qələbə sayəsində xalını 65-ə yüksəldən "qırmızılar” 1-ci pilləni "Mançester Siti”dən geri alıb.

Sport7.az

Xəbər lenti