“Liverpul” ulduzunu satır – Nəhənglər yarışa girdi

“Liverpul” ulduzunu satır – Nəhənglər yarışa girdi

İsveçrəli yarımmüdafiəçi Cerdan Şakiri "Liverpul”dan ayrılır.

Sport7.az xəbər verir ki, Şakirini heyətinə qatmaq uğrunda "Roma”, "Sevilya” və ÇSKA mübarizəyə başlayıb.

İspaniya klubu Şakirini heyətinə qatmağa daha yaxındı. Çünki "Sevilya” transfer üçün daha sərfəli şərtlər irəli sürür. Koronavirus infeksiyası ilə bağlı bohran arxada qalan kimi bu keçid reallaşa bilər.

Hələ yanvarda bir neçə klub Şakiri üçün "Liverpul”a müraciət etmişdi. Amma Klopp həmin vaxt futbolçunu buraxmaq istəməmişdi. Hazırda onun da mövqeyində dəyişiklik var. İngiltərə klubu yayda 28 milyon funt qarşılığına Şakirini sərbəst buraxmağa hazırdı.

Qışda Şakiri özü də klubu tərk etməyə maraqlı deyildi. İsveçrəli yarımmüdafiəçi "Liverpul”da çempion olub, tarixi uğurda pay sahibi olmağı düşünürdü. Tərəflər arasında müqavilə 2023-cü ildə başa çatacaq. Bu mövsüm Şakiri "Liverpul”un heyətində 6 oyunda meydana çıxıb və cəmi bir qolun müəllifi olub.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR