"Liverpul" yenidən Fekirlə maraqlanır

"Lion"un yarımmüdafiəçisi Nabil Fekir yenidən "Liverpul"un maraq dairəsinə düşüb.

Bu barədə "Canal+" və "Eurosport"un jurnalisti Romen Kolle-Qoden məlumat yayıb.

Ötən yay Fekir 50 milyon avro qarşılığında "Liverpula"a keçməyə yaxın idi. İndi isə "qırmızılar" maksimum 30 milyon avro ödəməyə hazırdı.

Fekir 2018-19 mövsümündə Fransa Liqa 1-də 29 matçda meydana çıxıb və 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR