"Liverpul" "Zalsburq"un futbolçusunu transfer edir

"Zalsburq"un hücumçusu Takumi Minamino karyerasını İngiltərədə davam etdirə bilər.

"The Times"in xəbərinə görə, "Liverpul" Minaminonun xidmətində maraqlıdı. Xüsusilə də baş məşqçi Yürqen Klopp onu komandasında görmək istəyir. Alman çalışdırıcı Minaminonun "Liverpul"la oyundakı çıxışını bəyənib.

"Liverpul" yapon futbolçunun müqaviləsindəki satınalma bəndindən istifadə edərək 7,25 milyon funt qarşılığında onu heyətinə qatmağa hazırdı. "The Athletic"in jurnalisti Ceyms Pirsə görə, keçid qış "transfer pəncərəsi"ndə reallaşa bilər.

Cari mövsümdə Avstriya Bundesliqasında 14 matçda meydana çıxan Minaminonun aktivində 5 qol, 5 məhsuldar ötürmə var. Çempionlar Liqasında isə 24 yaşlı oyunçu 2 qol, 3 assistlə yadda qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR