"Liverpul" zədəli futbolçusuna əvəzləyici tapıb

"Liverpul" zədəli Vircil van Deykə əvəzləyici tapıb.

Sport7.az xəbər verir ki, Premyer Liqanın son çempionu Almaniya "Şalke”sində çıxış edən Ozan Kabakı almağa qərar verib. Lakin Bundesliqa klubu müdafiəçisini 29 milyon avroya satmaq fikrindədir. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Ciddi xəsarət alan Van Deykin mövsümün sonuna qədər meydandan kənar qalmaq ehtimalı böyükdür. Bu üzrdən Ozan onun yoxluğunu hiss etdirməməlidir.

Kabak ötən mövsümün 26 matçında 3 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR