"Liverpul"da ciddi itki: 3 həftə oynamayacaq

"Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson üç həftə müddətinə sıradan çıxıb.

Henderson Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Atletiko" ilə oynanılan matçda (0:1) zədələnib. Baş məşqçi Yürqen Klopp oyunçusunun son vəziyyəti barədə məlumat verib:

"Hər şey daha da pis ola bilərdi. Bildiyiniz kimi, Hendo bud sümüyünün arxasından zədə alıb. Harri Keyn də bənzər formada zədələnmişdi. Xoşbəxtlikdən, Hendonun vəziyyəti elə də pis deyil.

Onun təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağını düşünürəm. Bu, yaxşı deyil, amma hər şey daha da pis ola bilərdi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR