"Liverpul"dan gedir

"Liverpul” klubunda ayrılıq gözlənilir.
 
Sport7.az xəbər verir ki, komandanın hücumçusu Rian Brüster komandadan getməyə qərar verib.

Hücumçu karyerasını "Şeffild Yunayted”də davam etdirmək niyyətindədir.
 
20 yaşlı futbolçuya "Brayton” və "Aston Villa”dan da təklif gəlsə də, o, hər iki kluba "yox" cavabı verib.
 
Qeyd edək ki, ötən mövsümün ikinci yarısını icarə əsasında "Suonsi”də keçirən futbolçu 22 matçda 11 qol vurub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR