"Liverpul"dan göndəriləcək futbolçular müəyyənləşdi

İngiltərənin "Liverpul" klubu cari mövsümün sonunda 5 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.

Sport7.az xəbər verir ki, bu barədə İngiltərənin "Daily Mail" nəşri məlumat yayıb.

Belə ki, göndəriləcək oyunçular arasında Mario Balotelli, Fabio Borini və Riki Lambertin adı var. Rəhbərlik bu 3 futbolçunun oyunundan razı deyil. Adı çəkilən futbolçulara təklif gələrsə, onlar satılacaq. Stiven Cerrard və Qlen Conson isə müqavilə müddəti bitdiyi üçün komandanı tərk edəcək.

Qeyd edək ki, Liverpulun canlı əfsanəsi Stiven Cerrard karyerasını gələn mövsümdən ABŞ-ın Los Ancles Qalaksi klubunda davam etdirəcək.

Sport7.az

 

Xəbər lenti