"Liverpul"lu futbolçudan hamilə qadına şok mesaj: "...ola bilərəm?" - FOTO

"Liverpul"un müdafiəçisi Trent Aleksandr-Arnoldun 7 aylıq hamilə qadınla şok mesajlaşması ortaya çıxıb.

Sport7.az xəbər verir ki, Rusiyada keçirilən DÇ-2018 zamanı futbolçunun hamilə qadınla mesajlaşması mətbuata sızdırılıb. 

İngltərəli qadın azarkeş Arnolda "7 aylıq hamiləyəm və həyat yoldaşıma ilk "atalar günü" hədiyyəmi vermək istəyirəm. Həyat yoldaşım "Liverpul" azarkeşidi və sevimli oyunçusu sənsən. Ona bir mesaj göndərə bilsən çox sevinər" şəklində mesaj yazıb. Futbolçu hamilə qadına cavab olaraq "Snapchat" hesabın varmı?" deyib və bir anda hər şey dəyişib. 

Belə ki, gənc oyunçu nömrəsini əldə etdiyi qadına "Hamilə qadını ilə birlikdə olsam yoldaşın sevinərmi? Onun hamilə arvadı ilə ola bilərəm?" şəklində cinsi münasibət tərkibli mesaj yazıb. Qadın tərəfdar isə "Təbii ki, xeyir. Mən həyat yoldaşıma çox sadiqəm. O sənin pərəstişkarındı. Bu mesajına görə özünü pis hiss etmirsənmi?" deyə cavab yazıb. Arnold isə ona "Xeyr, bir çox qadınla mesajlaşıram. Amma onların arasında hamilə olan sənsən" ifadələrini işlədib. 
 
 

Sport7.az

Xəbər lenti