"Liverpul"un futbolçusu "Milan"ın "radar"ında

"Liverpul"un müdafiəçisi Lovren karyerasını İtaliyada davam etdirə bilər.

Jurnalist Canluka Di Martsionun məlumatına görə, "Milan" Lovrenin xidmətində maraqlıdı. Hazırda "rossonerilər"in rəhbərliyi xorvatiyalının transfer dəyərini müəyyənləşdirmək üçün danışıqlar aparır.

Lovren 2014-cü ildə 20 milyon funt qarşılığında "Sauthempton"dan transfer olunub. 29 yaşlı futbolçunun "Liverpul"la olan müqaviləsi 2021-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Frederik Massaranın yaxın günlərdə "Milan"a idman direktoru təyin olunacağı gözlənilir. Həmçinin klubun sabiq futbolçusu Zvonimir Bobanın da rəhbərlikdə təmsil olunmaq ehtimalı var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR