"Liverpul"un sabiq futbolçusu aşağı liqa klubuna keçdi

"Derbi Kounti" Jordon İbe 2 illik müqavilə imzaladığını təsdiqləyib.
 
Sport7.az xəbər verir ki, "Liverpul"un keçmiş futbolçusu ötən mövsümün sonunda "Bornmut"dan ayrılıb. O bazar ertəsi "Pride Park"da tibbi müayinədən keçib.
 
İbe "Liverpul"un futbolçusu kimi 2014-cü ildə "Birmingem"də, 2014-15 mövsümündə isə"Derbi Kounti"də çıxış edib. 2016-cı ildə 15 milyon avroya "Bornmut"a transfer olan futbolçu burada meydana çıxdığı 78 matçda 3 qola imza atıb.
 
Bir neçə gün öncə klubundan azad agent kimi buraxılıb və "Derbi Kaunti" ilə anlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR