"Liverpul"un sabiq futbolçusu avtomobil qəzası törətdi

Norveç yığmasının və "Liverpul"un sabiq futbolçusu Con Arne Riise qızı ilə birlikdə avtomobil qəzası keçirib.
 
Sport7.az xəbər verir ki, sabiq müdafiəçi Alesund qəsəbəsinin bir neçə kilometr yaxınlığında qızı Adriano ilə evinə gedərkən avtomobil qəzası törədib. Norveç polisinin məlumtına görə futbolçu və qızı ciddi xəsarətlər almayıb. Yalnız müayinə məqsədi ilə xəstəxanaya aparılıb.
 
Riisenin avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR