"Liverpul"un sabiq futbolçusu öldü

"Liverpul"un sabiq futbolçusu İan Sent-Con vəfat edib.

Sport7.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Keçmiş hücumçu 82 yaşında ölüb.

İan 1961-ci ildə o dövr üçün rekord hesab olunan 37,500 funt-sterlinq qarşılığında "Motervel"dən "Liverpul"a keçmişdi. 10 il "qırmızılar”da çıxış edən hücumçu 336 oyunda 95 qol vurub.
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR