“Liverpul”un sabiq futbolçusuna heykəl qoyuldu - FOTO

“Liverpul”un sabiq futbolçusuna heykəl qoyuldu - FOTO
"Liverpul”un və Norveç millisinin keçmiş müdafiəçisi Yorn Arne Riiseyə heykəl qoyulub.

Sport7.az xəbər verir ki, heykəl ölkəsinin  "Olesun” klubu tərəfindən təsis olunub. 

Klub sabiq oyunçusunun heykəlini stadionun önündə ucaldıb.

Qeyd edək ki, Yorn futbolçu karyerası ərzində "Liverpul”, "Roma”, "Monako”, "Fulhem”, APOEL kimi komandalarda çıxış edib.
 


Sport7.az

Xəbər lenti