"Liverpul"un ulduzu doğulduğu qəsəbədə xəstəxana tikdirir

"Liverpul"un seneqallı ulduzu Sadio Mane doğulduğu Bambali qəsəbəsində xəstəxana inşa etdirmək niyyətindədi.
 
Sport7.az xəbər verir ki, həmin xəstəxanada koronavirusa yoluxmuş insanlar da müalicə ala biləcək. Bu haqda Seneqal mətbuatına onun agenti Byorn Bezemer məlumat verib. Bezemar xəstəxananın təxminən 3,5 milyon dollara başa gələcəyini və bu maliyyənin bütünlüklə Mane tərəfindən qarşılanacağını bildirib. O, COVİD-19 xəstələrinin müalicə olunması üçün tikinti işlərinin sürətləndirildiyini də söyləyib. 

Buna qədər Seneqalın Kazamans bölgəsindəki Bambali qəsəbəsində böyük təhsil ocağı inşa etdirən Mane COVİD-19-la mübarizə aparmaq üçün də maddi yardım göstərmişdi. 
 
Sadio bundan əvvəl də Seneqala etdiyi maddi yardımlara, dəstəyə görə ölkə prezidenti Maki Sall tərəfindən mükfatlandırılmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR