"Liverpul"un ulduzu hönkür-hönkür ağladı - FOTOLAR

"Liverpul"un seneqallı ulduzu Sadio Mane ölkəsinin Afrika Millətlər Kubokunda Ekator Qvineyasını 1:0 hesabı ilə məğlub etdiyi matçdan sonra göz yaşlarını saxlaya bilməyib.

Sport7.az xəbər verir ki, hesabda öndə olduqları vaxt yüzfaizli bir qol vəziyyətindən yararlana bilməyən 26 yaşlı futbolçu, həmin andan etibarən stadiondakı azarkeşlərin kəskin tənqidi ilə qarşılaşıb. 

Oyunun sonuna qədərə fitə basılan və "yuh" sözləri eşidən Mane final fitindən sonra yerə yıxılıb ağlamağa başlayıb. Komanda yoldaşlarının təsəllisi fonunda üzünü formasının altına gizlədən futbolçu bu şəkildə meydançanı tərk edib. Yerli mətbuatın yaydığı məlumata görə Manenin gözyaşlarına səbəb o"Liverpul"dakı komanda yoldaşı Mohammed Salahdan "Afrika Millətləri Qızıl Topö Mükafatı" uğrunda mübarizədə geridə qalması olub. 

Futbolçunun qardaşı isə oyundan sonra "İnstaqram" hesabından açıqlama verərək, həm bu iddiaları artırıb, həm də azarkeşlərə müraciət edib: "Sizin etdiyiniz, yəni bir ölkənin öz ulduzunu bəyənməməsi nadir görülən haldı. Bütün Misir xalqı, yığmada pis də oynasa Salahı dəstəkləyir. Seneqallılar əsla Xalidu Kolibali və ya "Qızıl Top" üçün yarışan Sadio Maneni dəstəkləmədikcə, minlərlə misirli Salahın arxasında olacaq. Mane sizin üçün savaşmağa, özünü oyuna kökləməyə, Seneqal üçün maksimumunu verməyə və bayrağını sevib saymağa davam edəcək. Bir gün bunu anlayacaqsınız, amma çox gec ola bilər".
 



 

Sport7.az

Xəbər lenti