Ölkə çempionu koronavirusla mübarizə üçün həkimliyə qayıtdı

Ölkə çempionu koronavirusla mübarizə üçün həkimliyə qayıtdı

Ötən ay Şotlandiyada körlinq üzrə ölkə çempionu olan Viki Rayt peşəkar karyerasına fasilə verərək, koronavirusla mübarizə üçün əvvəlki peşəsi olan tibb bacısı kimi fəaliyyət göstərmək qərarına gəlib.
 
Sport7.az xəbər verir ki, onun komandası ayın əvvəlində dünya çempionatında iştirak etmək üçün Kanadaya yollansa da yarış ləğv edildiyindən vətəninə qayıdıb. 
 
Məsələ ilə bağlı açıqlamasında "Hər şeyin necə sürətlə dəyişdiyini görürdüm və idman fəaliyyətindən daha böyük vəzifələr olduğunu bilirdim. Rəhbəimlə danışdım və geri döndüyümü, əlimdən gələn hər şeyi edə biləcəyimi söylədim. Fərqli bir şəkildə fərq yaratmağın zamanı gəldi və daha böyük komandada oyunumu göstərəcəm" deyən Rayt Stirlinq şəhəri yaxınlığındakı "Fort Uolley" xəstəxanasında gecə rejimində çalışır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR