Azərbaycan kubokunun qalibi müəyyənləşdi - YENİLƏNİB

Azərbaycan kubokunun qalibi müəyyənləşdi - YENİLƏNİB

Azərbaycan kubokunun qalibi müəyyənləşib.

Sport7.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda baş tutan matçda "Qəbələ” "Sumqayıt”la üz-üzə gəlib.
 
Tarixində ilk dəfə olaraq finala yüksələn "Sumqayıt"dan fərqli bu mərhələyə 3-cü dəfə yüksələn "Qəbələ" rəqibini 1:0 hesabı ilə məğlub edərək Azərbaycan kubokunu başı üzərinə qaldırıb. Yeganə qolu 4-cü dəqiqədə rəqib qapısından Stiven Monroz keçirib.
 
Bölgə təmsilçisi buna qədər keçirdiyi bütün final matçlarında məğlub olmuşdu. Belə ki, komanda 2013/2014 mövsümündə "Neftçi”yə (1:1, pen. 2:3), son iki ildə isə "Qarabağ” (0:2) və "Keşlə”yə (0:1) uduzmuşdu.

Azərbaycan Kuboku

Final

19 may

17:00. "Qəbələ” – "Sumqayıt” 1:0
(Stiven Monroz, 4) 

"Qəbələ”: 22. Anar Nəzirov, 34. Urfan Abbasov, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 21. Atakora Lalavele, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 11. Asif Məmmədov, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 33. Vüsal Məsimov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev, 21. Arif Daşdəmirov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 15. Əmir Ağayev, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 13. Aydın Bayramov, 2. Rail Məlikov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 34. Elvin Bədəlov, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 25. Baxşəli Baxşəliyev, 49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan Muxtar Respublikası stadionu
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR