Ölkə prezidentindən Nazim Süleymanova cavab gəldi (FOTO)

Ölkə prezidentindən Nazim Süleymanova cavab gəldi (FOTO)

AFFA Həmkarlar İttifaqının üzvü, eyni zamanda idman jurnalisti Anar Xanlarov sosial şəbəkədə maraqlı informasiya paylaşıb.

Sport7.az xəbər verir ki, Xanlarov ölkə başçısına ünvanlanan məktuba cavab gəldiyini bildirib: "Bir neçə gün öncə Həmkarlar İttifaqının ölkə başçısına yazığı məktubun ünvanına çatması və bununla bağlı bildiriş gəlməsi haqda məlumat vermişdim. Bəzilərinin beynində şübhə qalmasın deyə həmin göndərişin fotosunu da paylaşıram. Bu arada, diqqət yetirilməli xüsusi məqam: prezident aparatından gələn bildirişdə də təşkilatın adı məhz AFFA Həmkarlar İttifaqı yazılıb. AFFA rəhbərliyi və xüsusilə Elxan Məmmədov artıq dərk etməlidir ki, onların monopolist və diktatura rejimlərinin ömürünə çox qalmayıb. Bu arada, veteranlarla nəzərdə tutduqları görüşün təxirə salınmasının da əsl səbəbini icraçı vitse-prezident baş katib özü yəqin ki yaxşı bilir”.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR