London (ATP): 37 yaşlı Lopes 2017-ci ildən bəri ilk titulunu qazandı

London (ATP): 37 yaşlı Lopes 2017-ci ildən bəri ilk titulunu qazandı

Londonda keçirilən "Fever-Tree" turnirinin qalibi müəyyənləşib.

Felisiano Lopes Jil Simonla qarşılaşıb. İlk seti ispan tennisçi aktivinə yazdırıb. İkinci setdə tay-breykdə sevinən Simon matça tarazlıq gətirib. Lakin üçüncü setdə tay-breydə qələbə qazanan tərəf Lopes olub. Oyundan 2:1 qalib ayrılan 37 yaşlı raketka ustası turnirin çempionu adını qazanıb.


Fever-Tree Championships (ATP 500)

London, Böyük Britaniya

Final

Felisiano Lopes (İspaniya) - Jil Simon (Fransa) - 2:1 (6:2, 6:7, 7:6)


Bu, Lopesin 2017-ci ildən bəri ilk, ümumilikdə isə karyerasının 7-ci tituludu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR